Qaradağ rayon Müşfiqabad qəsəbəsi.
Müşfiq küçəsi 5.
Tel:   (+994 12) 410 75 00
Mob: (+994 50) 316 72 95
HAQQINDA
STRUKTUR
QALEREYA
XƏBƏRLƏR
ƏLAQƏ
BƏLƏDİYYƏYƏ SÖZÜM VAR
az | rus | eng
       Struktur

Structur

 

 

 

 

 

 

 

 

 

 

 

Sədr  Quliyev Elman Təvəkkül oğlu, 1961-ci ildə Qubadlı rayonunun Həkərli kəndində anadan olmuşam.1968-ci ildə Həkərli kənd orta məktəbinin 1 –ci sinfinə daxil  olmuşam.Səkkizinci sinfi bitirdikdən sonra Bakı şəhərindəki 10 saylı Texniki Peşə Təhsili məktəbinə daxil olmuşam və 1979-cu ildə  tam kursu peşə ixtisası ilə birlikdə bitirmişəm. Həmin il 1 N-li evtikmə kombinatında əmək fəaliyyətinə başlamışam.30 oktyabr 1979-cu ildən 10 noyabr 1981-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişəm. Hərbi xidmətdən sonra 1 n-li evtikmə kombinatında 2 dərəcəli dülgər kimi fəaliyyət göstərmişəm.  1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutuna daxil olmuşam. 1983-cü il sentyabr ayından 2 N-li Yeni Bakı Broyler quşçuluq fabrikində 3-cü dərəcəli dülgər kimi əmək fəaliyyətinə başlamışam.1987-ci ildə bədən tərbiyyəsi ixtisası üzrə tam kursu bitirmişəm.  1936-cı ilin noyabr ayından 1939-cu ilin sentyabr ayınadək 1 N-li Yeni Bakı broyler quşçuluq fabrikində idman üzrə təlimatçı işləmişəm.  Kooperativlərin yaradılması ilə əlaqədar 1989-cu ildən “Aynur” kooperativinin sədri işləmişəm. 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri keçirilmişdir. Bu seçkilərdə məndə iştirak etdim və Bakı şəhər Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinə üzv seçildim. 2000-ci ildən  2006-cı ilə qədərbələdiyyənin sədr müavini vəzifəsində işləmişəm. 15 may 2006-cı il tarixdən bələdiyyənin sədri vəzifəsinə təyin olunmuşam. Ailəliyəm, üç evladım var.

Müavin - Sadıqov Bulud Cahangur oğlu, 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçlı kəndində fəhlə ailəsində anadan olmuşam. 1979-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakultəsinə daxil olmuşam. Hal hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət “ kafedrasının dosentiyəm. Ailəliyəm, 2 evladım var.

 

 

Üzv - Adıgözəlov Səbirxan Əmirxan oğlu, 1959-cu ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuşam. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşam. Hal hazırda Qaradag rayon Müşfiqabad qəsəbəsindəki Mənzil Kommunal İstismar sahəsində mühəndis vəzifəsində calışıram. Ailəliyəm, üç evladım var.

 

 

 

 

 

 

 

Üzv - Mikayilov Məhəbbət Qulu oğlu, 1957-ci ildə Ağcəbədi rayonunun Sarcalı kəndində anadan olmuşam. 1973-cü ildə Azərbaycan Neft və Kimya institutunun mühəndis-iqtisad fakultəsinə daxil olmuşam. Hal hazırda Bakı Uşaq-Gənclər Texniki İdman Məktəbində direktor vəzifəsində calışıram. Ailəliyəm, iki evladım var.

 

 

 

 

 

 

 

 

 

Üzv - Cəfərov Namik Şəftan oğlu 01.08.1951-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Salah kəndində anadan olmuşam. 1958-ci ildə həmin kənd məktəbinin 1-ci sinfinə getmiş və 1968-ci ildə orta məktəbi bitirmişəm. 1970-ci ildə V.İ.Lenin adına APİ-nin riyaziyyat fakultəsini bitirərək təyinatla Əzizbəyov rayonu Binə qəsəbəsindəki 101 saylı peşə məktəbinə göndərilmişəm. 1996-cı ildən Qaradag rayonu 274 saylı orta məktabində dərs hissə müdiri vəzifəsində çalışıram.

1997-ci ildən YAP-ın Qaradağ rayon təşkilatının üzvüyəm. 2004-cü il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Evliyəm, 3 evladım, bir nəvəm var.

 

 

 

 

Üzv - Əzimov Niyazi Ənvər oğlu 25 oktyabr 1954-cü ildə Ağdam rayonunda anadan olmuşam. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1979-cu ildə həmun institutu bitirmişəm, iqtisadcı-əmtəəşünas ixtisasına yiyələnmişəm. 1997-ci ilin may ayindan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hal Hazirda işsizəm. Ailəliyəm, iki evladım var.

 

 

 

 

 

Üzv - Şəkərəliyev Adıgözəl Hüseyn oğlu 1953-cü ildə Ermənistan Respublikasi Qafan rayonunda anadan olmuşam. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olmuşamHal hazırda Qaradağ rayon 274 saylı orta məktəbdə riyaziyyat müəllimim işləyirəm. Ailəliyəm, 2 evladım var.

 

 

 

 

Üzv - Təhnəzov Kamal İbrahim oğlu 1959-cu ilin fevral ayının 25-də Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşam. 1966-cı ildə Qaracallı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1976-cı ildə orta məktəbi bitirmişəm. 1977-79- cu illərdə hərbi xidmətdə olmuşam. 1981-ci i9ldə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 147 Saylı Texniki Peşə məktəbinin nəzdində fəaliyyət göstərən sürücülük kursunu bitirmişəm. 1982-ci ildən 1996-cı ilə kimi Sumqayıt şəhər Mühafizə idarəsində mühafizəçi işləmişəm. 1996-cı ildən 2000-ci ilə kimi Sumqayıt şəhərində yerləşən Görüş restoranında müdir müavini işləmişəm. 2000-ci ildən hal-hazıra kimi Azəriqaz Səhmdar Cəmiyyətinin nəzdində, Qaradag rayon Səyyarmex tikinti idarəsində iələyirəm. Ailəliyəm, 2 (iki) övladım var.

 

Üzv - Şahvələdov Xanlar Namaz oğlu 1956-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşam.1974-ci ildə N.Tusi adına APU-nin biologiya fakultəsinə daxil olmuşam.1985-ci ildən

Müşfiqabad qəsəbəsinin 274 sayli orta məktəbində biologiya müəllimi işləyirəm. Ailəliyəm, üç evladım var.

 

Üzv - Əhədov Talıb Səxavət oğlu 28 may 1979-cu ildə Lerik rayonunun Xanağah kəndində anadan olmuşam. 1986-cı ildə Qiyas

Əhmədov adına Xanağah kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1996-cı ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət

İqtisad Universitetinə daxil olmuşam. Oranın “Mühəndis İqtisadiyyatı” fakultəsinin “İstehsalat və Xidmət şöbələrinin iqtisadiyyatı və

idarə edilməsi” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinə yiyələnmişəm. 1998-ci ildə “Etimad” qəzetində müxbir, 1999-2002-ci illər

ərzində “İnternet-Ekspres” qəzetində şöbə müdiri, redaktor və baş redaktor müavini vəzifəsində çalışmışam. 2002-2005-ci illər ərzində

“Cəmiyyət və Ekologiya” qəzetində məsul redactor vəzifəsində calışmışam. Hal hazırda işsizəm.

Ailə vəziyyətim - evliyəm.





 XƏBƏRLƏR
    2008 © Copyright Mushfuqabad Belediyyesi. All rights Reserved. Created by Vision PC